Görkəmli dövlət xadimləri



Nəsib bəy Yusifbəyli
1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur[1]. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Baxçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspiralının "Tərcüman" qəzetiylə əməkdaşlıq etməyə başlamışdır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirmişdir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə də məşğul olmuşdur. Az sonra Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalmışdır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışmışdır. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərmiş, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak etmişdir. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır.

1917-ci ildə Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başlamış və onun proqramlarında millətçi-federalistlərin əsas tələbi - Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır.

M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, ADR hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi hökumət sədri, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə Bakını tərk etmiş, lakin 31 may 1920-ci ildə yolda faciəli surətdə qətlə yetirmişdir.


Pepinov Əhməd bəy Ömər oğlu — Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü.
Həyatı

Əhməd bəy Pepinov 1893-cü ildə Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.

1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir.

Ə.Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (Sədri M.Ə.Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqdisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökümətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökümət kabinəsində (24.12.1919-30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır.

İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.

1938-ci ildə repressiyaya məruz qalmışdır.


Camo bəy Hacınski Süleyman oğlu 14 iyun 1888 -ci ildə Quba şəhərində anadan olmuşdur. 1912-ci ildə Peterburq Universtetinin Hüquq fakultəsini bitirmişdir. Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olmuşdur. Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi. Hacınski Azərbaycan Xalq Cumhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində təmsil olunmuşdur. Respublikanın rabitə sahəsində xüsusi xidmətləri olmuşdur. Aprel işğalından sonra mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. 1922-ci ildə həbs olunaraq 3 il məhbəsdə saxlanıldıqdan sonra Solovki (Rusiya) düşərgəsinə göndərilmişdir. 1928-ci ildə azad olunaraq Bakıya gəlmiş lakin, 1938-ci ildə yenidən həbs edilərək sürgün olunmuş və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat etmişdir. 1956-cı ildə ona ölümündən sonra bəraət verildi.





Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır. M. Y. Cəfərov orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olmuşdur.

1907‐ci ildə Bakıda kişi gimnaziyasını bitirən M.Cəfərov Moskvaya getmiş və Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Məmmədyusif tezliklə Moskvada oxuyan azərbaycanlıların yaratdığı «Azərbaycan etnoqrafik konsert gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın əvvəllər üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. O, öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır[1].

1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonra Bakıya gələrək Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi vəzifəsində çalışmağa başlamışdır. 1912‐ci ilin sentyabr‐oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M.H.Cəfərov əvvəl Bakıda, oktyabrın 20‐də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. M.Y. Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutmuşdur[1].

M.H.Cəfərov 1912‐1917‐ci illərdə Sankt‐Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir.


1917-ci ildə Rusiyada Fevral-burjua inqilabı baş verdi. 1917‐ci il martın 9‐da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibiniə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papaçanovla (erməni) yanaşı M.Cəfərov da daxil oldu. M.Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917‐ci il aprelin 15‐20‐də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultayda Tiflisdən gəlmiş M.Cəfərov da iştirak etmiş və təbrik nitqi söyləmişdir[1].

1917‐ci il noyabrın 15‐də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti ‐Zaqafqaziya Komissarlığı yaradıldı. M.Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 1918‐ci il fevralın 23‐də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M.Cəfərov da seçilmişdi[1].

1918‐ci il mayın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27‐də Müsəlman fraksiyasının fövqəladə iclası çağrıldı. Onlar M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil etdilər. İcra Komitəsinin tərkibinə M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov və b. ilə birlikdə M.Cəfərov da seçildi[1].

Müvəqqəti Milli Şuranın 1918‐ci il mayın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməd yusif Cəfərov olmuşdur. Həmin iclasda F.Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir. M.Cəfərov 1918‐ci ilin iyun ayının axırlarından 1919‐cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur. O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Azərbaycan, Ermənistan, Gürcüstanın hökumət və Avropa ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin Tiflis şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır[1].

1919‐cu il aprelin 14‐də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq etdi. M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə 1919‐ci il dekabrın 22‐nə kimi çalışdı. M.Cəfərov bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini müdafiə etmişdir. Bu onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında hərbi‐müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan XİN‐ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür. M.Cəfərov eyni zamanda xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919‐cu il iyunun 27‐də 51‐ci və avqustun 18‐də 66‐cı iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı xarici siyasət, Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti və Böyük Britaniyanın Zaqafqaziyada olan komandanlıqları ilə aparılan danışıqlar haqqında məlumat vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri "Zaqafqaziyada rus siyasətinə aid sənədlər" kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan parlamentinin üzvü bitərəf M. Y. Cəfərov 1919-cu ilin oktyabrında Türk ədəmi-mərkəziyyət partiyası Musavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. O, 1920-ci fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir.

1919‐cu il dekabrın 2‐11‐də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayı keçirildi. Qurultayda iştirak etmiş M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyov və b. ilə birlikdə qurultayın siyasi komissiyasına seçilmişdir[1].

1919‐cu il dekabrın 14‐21‐də Bakıda azərbaycanlı‐erməni konfransı keçirildi. Konfransda Azərbaycandan F.Xoyski, M.Hacınski, R.Vəkilov və M.Cəfərov iştirak etmişdir. M.Cəfərov konfransı giriş nitqi ilə açaraq demişdir ki, müstəqil Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər iki xalq arasında dostluq əlaqələri möhkəmlənəcəkdir[1].

1920‐ci il fevralın 2‐də Azərbaycan parlamentinin 121‐ci iclasında parlament sədrinin müavini H.Ağayevin xəstəliyi ilə əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavin seçilməsi müzakirə edilmişdir. Müzakirə zamanı M.Rəsulzadə Müsavat fraksiyası adından Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə M.Cəfərovu təklif etmişdir. Parlamentin 47 üzvü M.Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin müavini seçilmişdir. M.Cəfərov 1920‐ci il aprelin 27‐də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalamışdır[1].

M.Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra Azərbaycan pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938‐ci il mayın 15‐də Bakıda vəfat etmiş və Sağan kəndində dəfn olunmuşdur[1].

1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M. Y. Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmişdir.



Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.



Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
[redaktə / تحریر]
Mühacirət dövrü

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. Xosrov bəy 1947-ci ildə vəfat etmişdir.




Xəlil bəy Xasməmmədli 1875-ci ildə Gəncədə anadan olmuşdur. O, Moskva Universitetinin hüquq fakültəsini bitirib müstəntiq işləmişdir.
Fəaliyyəti

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur[1]

Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir.

O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.

Xəlil bəy Cümhuriyyətin süqutunu İstanbulda eşitmişdi. Həmin vaxt o, Türkiyəyə yenicə səfir təyin olunmuşdu. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1947-ci ildə vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Göy məzarlığında dəfn olunmuşdur.
 

Azerbaycan Xalq Cumhuriyyeti
 
Azerbaycan Xalq Cumhuriyyeti
 
 
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol